Şəbəkədə IP ünvanlama

Bu məqalədə sizə IP ünvanları və onun xüsusiyyətlərindən danışacam.

NETWORK

Cavanshir Sheyxov

10/4/2025

Bildiyimiz kimi, şəbəkə müxtəlif cihazların bir-biri ilə məlumat mübadiləsi etdiyi bir mühitdir. Bu cihazların bir-birindən fərqlənməsi üçün isə unikal identifikatorlara ehtiyac yaranır. Bu identifikator IP ünvanı (Internet Protocol Address) adlanır.
IP ünvanı cihazların həm yerli şəbəkədə (LAN), həm də qlobal şəbəkədə (İnternet) tanınmasını təmin edir.

İlk tətbiq olunan IP versiyası IPv4 olmuşdur. IPv4 ünvanları 32 bitlik quruluşa malikdir və 4 oktetdən ibarətdir (məsələn: 192.168.0.1). Hər oktet 0 ilə 255 arasında dəyişə bilər və bu da ümumilikdə 4,294,967,296 (2³²) mümkün ünvan yaradır

Lakin internetin sürətlə böyüməsi nəticəsində bu say kifayət etmədiyindən, yeni nəsil ünvanlama sistemi olan IPv6 yaradılmışdır. IPv6 ünvanları 128 bit uzunluğunda olur və 2¹²⁸ qədər mümkün ünvan yaradır – bu isə hər planetdəki cihaz üçün milyonlarla IP deməkdir.

IP Ünvanın Quruluşu

IP ünvan iki əsas hissədən ibarətdir:

  • Network ID – şəbəkəni təyin edir

  • Host ID – həmin şəbəkədəki konkret cihazı təyin edir

Məsələn:

192.168.1.10 ünvanında 192.168.1 – şəbəkə hissəsi, 10 isə host hissəsidir.

IPv4 Classes

IPv4 ünvlanması beş sinfə bölünür:

Qeyd:

  • 127.0.0.1 → Loopback (öz cihazı test etmək üçün)

  • 169.254.x.x → APIPA (avtomatik təyin olunan IP)

Private və Public IP Ünvanları

IP ünvanlar privatepublic olmaqla iki növə bölünür.

Private IP-lər daxili şəbəkələrdə istifadə olunur və internetə birbaşa çıxış üçün NAT tələb edir.
Public IP-lər isə internetdə unikal olaraq tanınır.

APIPA (Automatic Private IP Addressing)

Əgər cihaz DHCP serverdən IP ala bilməzsə (məsələn, server işləmir), Windows avtomatik olaraq 169.254.x.x aralığında IP ünvan təyin edir. Bu IP-lər lokal şəbəkədə cihazların məhdud əlaqəsini təmin edir, lakin internet çıxışı vermir.

DORA Prinsipi (DHCP İşləmə Mexanizmi)

DHCP serverdən IP alma prosesi DORA prinsipi ilə həyata keçirilir:

Subnetting (Alt Şəbəkələrə Bölmə)

Subnetting – bir böyük şəbəkəni kiçik hissələrə bölmək üsuludur.

Məqsədləri:

  • Trafikin daha yaxşı idarə olunması

  • Təhlükəsizliyin artırılması

  • Resursların optimallaşdırılma

Subnet maskı IP ünvanın hansı hissəsinin şəbəkə, hansı hissəsinin host olduğunu göstərir.
Məsələn:

  • 255.255.255.0 → 24 bit network, 8 bit host

CIDR Dəyəri (Classless Inter-Domain Routing)

Əvvəllər IP ünvanları siniflərə (A, B, C) bölünərək idarə olunurdu. Ancaq bu yanaşma ünvanların səmərəli istifadəsini çətinləşdirirdi — bəzi şəbəkələrdə çox IP israfı olurdu, bəzilərində isə çatışmazlıq yaranırdı.
Bu problemi həll etmək üçün CIDR (sinifsiz ünvanlama) anlayışı yaradıldı.
CIDR sayəsində biz IP ünvanını istənilən ölçüdə alt şəbəkələrə bölə bilirik. Bunun üçün IP ünvanına prefix (ön dəyər) əlavə edilir: