Şəbəkənin Əsasları: Şəbəkə Növləri, İş Prinsipləri, OSI və TCP/IP Modelləri Haqqında Ümumi Məlumat

Bu məqalədə şəbəkənin nə olduğu, əsas növləri, işləmə prinsipi və ən çox istifadə olunan OSI ilə TCP/IP modelləri ətraflı şəkildə izah olunur. Şəbəkənin əsas elementləri və onların funksiyaları da təhlil edilərək, mövzu yeni başlayanlar və peşəkarlar üçün aydın şəkildə təqdim olunur.

İlqar Həsənov

6/10/2025

Şəbəkə Nədir?

Şəbəkə iki və daha çox cihazın məlumat alış-verişi etmək məqsədiylə bir-birlərinə bağlanmasıdır.

Şəbəkənin Mahiyyəti

Şəbəkə, sadə dillə desək, iki və ya daha çox cihazın (kompüter, telefon, printer və s.) bir-biri ilə əlaqə yaradaraq məlumat mübadiləsi aparmasıdır. Şəbəkə sayəsində məlumatlar daha sürətli ötürülür, resurslar paylaşılır və müxtəlif cihazlar arasında qarşılıqlı əlaqə qurulur. Gündəlik həyatımızda internet bağlantısından tutmuş iş ofislərində lokal resursların paylaşılmasına qədər şəbəkə sktiv şəkildə istifadə edilir.

Şəbəkə Növləri

Şəbəkələr fərqli ölçü və istifadəyə görə aşağıdakı əsas növlərə bölünür:

  • PAN (Personal Area Network) - Məhdud ərazidə təchiz edilmiş fərdi cihazlar şəbəkəsidir. Bir istifadəçinin əhatəsində İT cihazlarının qarşılıqlı əlaqəsini idarə etməyə imkan verir. PAN əsasən mobil cihazlar, noutbuklar, simsiz siçanlar, klaviaturalar və Bluetooth sistemləri arasındakı şəbəkədir.

  • LAN (Local Area Network) – kiçik sahədə, məsələn, evdə və ya ofisdə quraşdırılan şəbəkə. Bu şəbəkədə cihazlar bir-biri ilə yüksək sürətlə əlaqə qurur.

  • WAN (Wide Area Network) – geniş əraziyə yayılan şəbəkədir. İnternet ən böyük WAN nümunəsidir və ölkələrarası, hətta qitələrarası əlaqəni təmin edir.

  • MAN (Metropolitan Area Network) – şəhər və ya böyük şəhər rayonlarını əhatə edən şəbəkədir. LAN və WAN arasında yerləşir və genişlik baxımından onlar arasında mövqeyə malikdir.

Şəbəkənin İş Prinsipi

Şəbəkədə məlumatların ötürülməsi müəyyən qaydalara əsaslanır. Bu qaydalar “protokol” adlanır. Protokollar məlumatların necə göndəriləcəyini, necə qəbul ediləcəyini və səhvlərin necə idarə olunacağını müəyyən edir.

OSI və TCP/IP Modelləri: Şəbəkənin Struktur Anlayışı

OSI Modeli

OSI modeli 1984-cü ildə IBM( International Organization for Standardization ) tərəfindən yaradılıb. OSI( Open System Interconnection ) açıq sistemlərin qarşılıqlı əlaqələrinə xidmət edərək, sistemin müxtəlif əlaqə səviyyələrini təyin edir, onlara standart adlar verərək hər bir səviyyədə hansı funksiyanı yerinə yetirməsini göstərir.

  1. Physical (Fiziki) Qat – Məlumatın fiziki olaraq ötürülməsi (kabellər, siqnallar).

  2. Data Link Qatı – Məlumat paketlərinin ötürülməsi və səhvlərin aşkarlanması.

  3. Network (Şəbəkə) Qatı – Məlumatın istiqamətləndirilməsi və ünvanlanması (məsələn, IP ünvanları).

  4. Transport (Nəqliyyat) Qatı – Məlumatların etibarlı şəkildə göndərilməsi və qəbulu (məsələn, TCP).

  5. Session (Sessiya) Qatı – İki cihaz arasında sessiyanın yaradılması və idarə olunması.

  6. Presentation (Təqdimat) Qatı – Məlumatların kodlaşdırılması və şifrələnməsi.

  7. Application (Tətbiq) Qatı – İstifadəçilərə xidmət göstərən proqramlar (məsələn, brauzer, e-poçt).

TCP/IP Modeli

TCP/IP modeli OSI modelindən fərqli olaraq 4 qatlıdır və praktikada geniş istifadə olunur:

  1. Network Interface (Şəbəkə İnterfeysi) – Fiziki və data link qatlarının funksiyalarını əhatə edir.

  2. Internet (İnternet) Qatı – Məlumatların şəbəkələr arasında ötürülməsi (IP protokolu).

  3. Transport (Nəqliyyat) Qatı – Məlumat paketlərinin etibarlı çatdırılması (TCP, UDP protokolları).

  4. Application (Tətbiq) Qatı – Şəbəkə üzərindən xidmət göstərən proqramlar və protokollar (HTTP, FTP, SMTP və s.).

TCP/IP modelinin hal-hazırda 5 qatlı versiyasından istifadə edilir:

  1. Physical (Fiziki) Qat

  2. Data Link Qatı

  3. Network (Şəbəkə) Qatı

  4. Transport (Nəqliyyat) Qatı

  5. Application (Tətbiq) Qatı

Şəbəkənin Əsas Elementləri və Onların Funksiyaları

  • Router – Şəbəkələr arasında məlumat paketlərini düzgün istiqamətə yönləndirir və cihazların internetə çıxışını təmin edir.

  • Switch – Lokal şəbəkədəki cihazların bir-birinə qoşulmasını təmin edir və məlumat paketlərini düzgün ünvana çatdırır.

  • Access Point – Simsiz şəbəkə bağlantısı yaradır və cihazların simsiz əlaqəsini təmin edir.

  • Modem – İnternet xidmət təminatçısından gələn siqnalı cihazların başa düşə biləcəyi formaya çevirir və əksinə.